Süd vəzi estetik və rekonstruktiv cərrahiyyəsi

Süd vəzi estetik və rekonstruktiv cərrahiyyəsi süd vəzi formasının, simmetriyasının və görünüşünün bərpasına və ya yaxşılaşdırılmasına yönəlmiş cərrahi prosedurları əhatə edir. Bu əməliyyatlar süd vəzi xərçəngi səbəbindən aparılan cərrahi müdaxilələrdən sonra rekonstruksiya məqsədilə, eləcə də estetik və funksional ehtiyaclara uyğun olaraq həyata keçirilə bilər. Mərkəzimizdə hər bir pasiyentin anatomik xüsusiyyətləri, tibbi vəziyyəti və şəxsi gözləntiləri nəzərə alınaraq fərdiləşdirilmiş cərrahi plan hazırlanır. Müasir onkoplastik və rekonstruktiv üsullar sayəsində həm optimal tibbi nəticələrin əldə edilməsi, həm də süd vəzinin təbii görünüşünün və bədən harmoniyasının qorunması hədəflənir. Məqsədimiz pasiyentlərin sağlamlığını bərpa etməklə yanaşı, onların özünəinamını və həyat keyfiyyətini artırmaqdır.

-Süd vəzi estetik rekonstruktiv əməliyyatları (Süd vəzi kiçiltmə, böyütmə və dikləşdirmə əməliyyatları ; Anadangəlmə və qazanılmış deformasiya əməliyyatları, İmplant dəyişdirmə əməliyyatları , Təbii üzvlərdən və süni vasitələrlə bərpa və.s

-Erkən və gecikmiş onkoplastika əməliyyatları