Süd vəzi biopsiyası süd vəzində görüntüləmə və ya fiziki müayinə zamanı aşkar edilən şübhəli dəyişikliklərin dəqiq qiymətləndirilməsi üçün həyata keçirilən diaqnostik prosedurdur. Bu üsul zamanı xüsusi iynə vasitəsilə şübhəli nahiyədən kiçik toxuma nümunəsi götürülərək patoloji laboratoriyada müayinə olunur. Mərkəzimizdə biopsiyalar ultrasəs və ya digər görüntüləmə metodlarının müşayiəti ilə minimal invaziv üsullarla, yüksək dəqiqlik və pasiyentin komfortu nəzərə alınaraq icra edilir. Biopsiyanın nəticələri süd vəzi xəstəliyinin xarakterini müəyyən etməyə, düzgün diaqnoz qoymağa və hər bir pasiyent üçün ən uyğun müalicə planının hazırlanmasına imkan yaradır.
-Vakum dəstəkli biopsiya
-İncə iynə biopsiyası
-MRT və Tomosintez nəzarətli biopsiya
-Ultrasəs nəzarətli biopsiya