Süd vəzi skrininq müayinələri süd vəzi xərçəngi və digər süd vəzi xəstəliklərinin heç bir klinik əlamət ortaya çıxmadan erkən mərhələdə aşkarlanmasına yönəlmiş profilaktik müayinələrdir. Mərkəzimizdə skrininq proqramı pasiyentin yaşı, ailə anamnezi, fərdi risk faktorları və beynəlxalq klinik tövsiyələr nəzərə alınaraq planlaşdırılır. Müasir mammoqrafiya, ultrasəs və zərurət olduqda digər görüntüləmə üsullarından istifadə etməklə aparılan müayinələr süd vəzində yaranan dəyişikliklərin vaxtında müəyyən edilməsinə imkan yaradır. Erkən diaqnostika xəstəliyin daha effektiv müalicəsinə, cərrahi müdaxilələrin həcminin azaldılmasına və sağalma şansının artırılmasına mühüm töhfə verir. Məqsədimiz müntəzəm skrininq vasitəsilə süd vəzi sağlamlığını qorumaq, riskləri erkən müəyyən etmək və pasiyentlərə etibarlı, dəqiq və vaxtında tibbi xidmət göstərməkdir.
-Skriniq proqramına nələr daxildir?
-Kimlər skrininq müayinədən keçməlidir?