Süd vəzi estetik və rekonstruktiv cərrahiyyəsi

-Süd vəzi estetik və rekonstruktiv əməliyyatları

Süd vəzi estetik və rekonstruktiv əməliyyatları süd vəzinin ölçüsünün, formasının və görünüşünün dəyişdirilməsi, həmçinin anadangəlmə və ya sonradan yaranmış deformasiya və itkilərin bərpası məqsədilə həyata keçirilir. Bu əməliyyatlara süd vəzinin kiçildilməsi, böyüdülməsi və dikləşdirilməsi, implantların dəyişdirilməsi, anadangəlmə və qazanılmış deformasiyaların korreksiyası daxildir. Süd vəzisinin bərpası pasiyentin vəziyyətindən asılı olaraq öz toxumalarından və ya süni materiallardan istifadə edilməklə həyata keçirilə bilər. Müvafiq əməliyyat üsulu pasiyentin anatomik xüsusiyyətləri, gözləntiləri və tibbi ehtiyacları nəzərə alınaraq fərdi şəkildə müəyyən edilir.

-Erkən və gecikmiş onkoplastika əməliyyatları

Erkən və gecikmiş onkoplastika əməliyyatları süd vəzi xərçənginin cərrahi müalicəsindən sonra süd vəzinin forma və görünüşünün bərpasına yönəlmiş rekonstruktiv müdaxilələrdir. Erkən onkoplastika əməliyyatı əsas xərçəng əməliyyatı ilə eyni vaxtda aparılaraq süd vəzisində yaranan forma dəyişikliklərinin qarşısının alınmasına və estetik görünüşün qorunmasına kömək edir. Gecikmiş onkoplastika isə ilkin müalicədən müəyyən müddət sonra, pasiyentin vəziyyəti və müalicə planı nəzərə alınaraq həyata keçirilir. Bərpa üçün pasiyentin öz toxumalarından və ya implantlardan istifadə edilə bilər.