Süd vəzi skrininq müayinələri
-Skriniq proqramına nələr daxildir?
-Kimlər skrininq müayinədən keçməlidir?
home
- Skriniq proqramına nələr daxildir?
Süd vəzi skrininqi süd vəzi xərçəngi və digər xəstəliklərin erkən mərhələdə aşkarlanması üçün aparılan profilaktik müayinələr kompleksidir. Skrininq proqramı pasiyentin yaşı, ailə anamnezi və fərdi risk faktorları nəzərə alınaraq planlaşdırılır. Müayinələrə mammografiya və ultrasəs müayinəsi, zərurət olduqda isə əlavə görüntüləmə üsulları daxildir. Müntəzəm skrininq süd vəzisində yaranan dəyişikliklərin vaxtında aşkarlanmasına və xəstəliklərin erkən mərhələdə müalicəsinə kömək edir.
- Kimlər skrininq müayinədən keçməlidir?
Süd vəzi skrininq müayinələri süd vəzi xərçənginin və digər dəyişikliklərin erkən mərhələdə aşkarlanması üçün müəyyən yaşdan etibarən qadınlara tövsiyə olunur. Xüsusilə ailəsində süd vəzi xərçəngi və ya digər onkoloji xəstəliklər olan, genetik risk daşıyan və əvvəllər süd vəzi ilə bağlı problem yaşamış qadınların müntəzəm müayinədən keçməsi vacibdir. Skrininq proqramının başlanma yaşı və müayinə tezliyi hər bir pasiyentin yaşı, ailə anamnezi, fərdi risk faktorları və həkim qiymətləndirməsinə əsasən müəyyən edilir. Heç bir şikayəti olmayan qadınların da müntəzəm skrininqdən keçməsi xəstəliyin erkən aşkarlanmasına və müalicənin daha effektiv aparılmasına kömək edə bilər.