-Süd vəzinin onkoloji xəstəliklərinin konservativ müalicəsi
Süd vəzi xərçənginin konservativ müalicəsi xəstəliyin növü, mərhələsi və fərdi xüsusiyyətlər nəzərə alınaraq planlaşdırılır. Müalicəyə kimyaterapiya, hədəf terapiya, immunoterapiya və hormonal terapiya kimi dərman müalicələri daxil ola bilər. Bu müalicə üsulları xərçəng hüceyrələrinin böyüməsini və yayılmasını nəzarətdə saxlamaq, xəstəliyin təkrarlanma riskini azaltmaq və müalicənin effektivliyini artırmaq məqsədi daşıyır. Müalicə planı pasiyentin müayinələrinin nəticələrinə əsasən onkoloq tərəfindən fərdi şəkildə müəyyən edilir.\
-Süd vəzi onkoloji xəstəliklərində cərrahi əməliyyatlar
Süd vəzi xərçənginin cərrahi müalicəsi xəstəliyin mərhələsi, şişin ölçüsü və yerləşməsi, həmçinin pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınaraq planlaşdırılır. Cərrahi müalicəyə süd vəzini qoruyucu əməliyyatlar, mastektomiya və onkoplastik əməliyyatlar daxil ola bilər. Süd vəzini qoruyucu əməliyyatlarda şiş çıxarılaraq sağlam toxumaların mümkün qədər qorunması, mastektomiyada isə süd vəzinin tam və ya müəyyən hissəsinin çıxarılması məqsədi daşıyır. Onkoplastik əməliyyatlar isə onkoloji müalicə ilə yanaşı süd vəzisinin forma və görünüşünün mümkün qədər bərpa edilməsinə yönəldilir.
-Diaqnostik cərrahiyyə
Diaqnostik cərrahiyyə süd vəzisində və limfa düyünlərində aşkar olunan şübhəli dəyişikliklərin dəqiq qiymətləndirilməsi və xəstəliyin xarakterinin müəyyənləşdirilməsi məqsədilə həyata keçirilir. Süd vəzi və limfa düyünlərindən götürülən toxuma nümunələri histoloji müayinəyə göndərilir. Bu müayinə nəticəsində dəyişikliklərin xoşxassəli və ya bədxassəli olması, eləcə də xəstəliyin xüsusiyyətləri müəyyən edilə bilər. Əldə olunan nəticələr həkimə düzgün diaqnoz qoymağa və pasiyent üçün ən uyğun müalicə taktikasını planlaşdırmağa imkan verir.